"Türkiyənin ən böyük istehsal mərkəzlərindən biri olmağı qarşımıza hədəf qoymuşuq" - Zaur Qəhrəmanov

"Türkiyənin ən böyük istehsal mərkəzlərindən biri olmağı qarşımıza hədəf qoymuşuq" - Zaur Qəhrəmanov
12:17 18 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"İnvestisiyamızın ilk hissəsi bitdikdən sonra "SOCAR Türkiye Enerji A.Ş." olaraq Türkiyənin ən böyük 3 holdinqindən biri, 2020-ci ilə qədər isə emal zavodu - neft-kimya - enerji - logistika - paylanma işlərinin inteqrasiyasını tamamlayaraq bütün bu sahələri əhatə edən Türkiyənin ən böyük istehsal mərkəzlərindən biri olmağı qarşımıza hədəf qoymuşuq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov "Energy Bussines" jurnalına bildirib.
 
Z.Qəhrəmanov vurğulayıb ki, "SOCAR Türkiye Enerji A.Ş."-nin Türkiyədə fəaliyyət göstərən xeyli sayda şirkəti və eyni zamanda icra olunan bir neçə layihələr var: "Bu iş sahələrinin SOCAR-ın qlobal strategiyası çərçivəsində qurulması və şirkətlərimizin məhsuldarlığını və rəqabətliliyini artırmaq üçün işlərimiz davam edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR