İranın ədliyyə naziri “ASAN xidmət”də

İranın ədliyyə naziri “ASAN xidmət”də
12:38 18 Fevral 2017
191 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Publika.az xəbər verir ki, nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 14 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/188322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR