Tapdığı əşya əlində partladı

Tapdığı əşya əlində partladı
12:48 18 Fevral 2017
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb.

Hadisə rayonun Minəxorlu kəndində qeydə alınıb. Kənd sakini, 70 yaşlı Əliyev Yusif Həmid oğlu yerdən tapdığı qələmə oxşar əşyanı əlinə götürərkən partlayış baş verib. O, dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Y.Əliyevin üç barmağı amputasiya edilib. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR