Rusiya azərbaycanlı bu qadını axtarır - FOTO

Rusiya azərbaycanlı bu qadını axtarır - FOTO
13:14 18 Fevral 2017
202 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Rusiya polisi azərbaycanlı Qasımova Leyla Təvəkkül qızını axtarışa verib.

 

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 1981-ci il təvəllüdlü Qasımova dələduzluqda ittiham olunur.

 

Vladimir vilayətinin Vəznikov şəhərində mənzilləri gəzən Leyla sakinlərə özünü bal satıcısı kimi təqdim edirmiş. Balı satdıqdan sonra isə geri qayıdıb 5 minlik küpürü xırdalamağı xahiş edirmiş. Həmin küpürlər isə saxta imiş. O, bu üsulla onlarla sakini aldada bilib.

 

Vəznikov şəhər polisi Qasımova barəsində axtarış elan edib. İlkin məlumatlara görə, o, vilayətdəki qaraçı taborlarının birində gizlənir. Başqa bir məlumata görə isə artıq həmin taborların biri ilə vilayəti tərk edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR