Kamran Ağayev "Boavişta"dan ayrılacaq

Kamran Ağayev "Boavişta"dan ayrılacaq
13:17 18 Fevral 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavista" səfərdə "Feirense" ilə qarşılaşacaq. Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ağayev CBC Sport-a açıqlamasında bu haqda məlumat verib: ""18-liyə" düşəcəyim belə sual altındadır. Çünki bir az ağrılarım var. Ağrılarıma görə normal məşq edə bilmirəm. Ona görə, ola bilər, heyətdən kənar qalım. Bir az toparlanmam lazımdır".

Həmyerlimiz hazırda "Boavista"nın "1 nömrəsi"nə çevirilmiş Vaqner da Silvanı əvəzləməyin çətin olacağını deyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq Kamran Portuqaliya klubunda qalmayacaq: "Təbii ki, müqaviləni uzatmaq istəmirəm. Bundan sonra komandada oynamağım, əsas heyətdə meydana çıxmağım çox çətin olacaq. Menecerimlə əlaqə saxlayacam, o nə məsləhət görsə, elə edəcəyik. Yəni onlara başa saldım ki, oynamadığıma görə müqaviləni uzatmayacam. Məlumdur ki, oynamağım çox çətin olacaq. Yəqin ki, ehtiyatda oturacam. Təbii ki, rəqabət aparacam. Amma indi reallıq budur ki, ehtiyatda qalacam". 

Yığmamızın qapıçısı TOP-5 ölkələri klublarının birindən təklif aldığını ancaq "Boavista"nın buna görə çox pul istədiyini deyib: "Transfer pəncərəsi açıq olan vaxt yaxşı komandalardan təkliflər var idi. "Boavista" böyük məbləğ istədi, gedişimə görə. Ona görə başqa kluba keçə bilmədim".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR