Qardaşı oğlunun şəhid olduğunu bilməyən iş adamının son paylaşımı kövrəltdi - FOTO

Qardaşı oğlunun şəhid olduğunu bilməyən iş adamının son paylaşımı kövrəltdi - FOTO
13:32 18 Fevral 2017
2760 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən axşam Türkiyənin Şanlıurfa şəhərinin Viranşehir mahalındakı hakim və vəkillərin məskunlaşdığı binaların həyətində terror aktı törədilib. Bomba yüklü avtomobillə törədilən partlayışda biri uşaq olmaqla 2 nəfər həyatını itirib, 18 nəfər yaralanıb.

Türkiyədəki terrorla bağlı ürəkağrıdan MƏQAM - VİDEO - FOTO

Partlayışda həyatını itirən Ahmet Oktay Günakın 11 yaşı var imiş. O, blokdakı pişiyi doyurmaq üçün çölə çıxıb və bu əsnada terrorun qurbanı olub.

Ahmet Oktay Günakın əmisi, iş adamı Mehmet Günak qardaşı oğlunun ölümündən xəbəri olmadan terrorla bağlı paylaşım edib. O, statusunda partlayışda ölənlərin olmadığına ümid etdiyini qeyd edib. 

İş adamı sonra qardaşı oğlunun ölüm xəbərini alıb. Mehmet Günak terrorla bağlı ikinci paylaşım edib. Kədərini sözlərlə ifadə etməyə çalışan Mehmet G. çoxlarını kövrəldib.

Bəxtiyar Umarlı
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR