"Milan" klubunun Çin şirkətinə satılması ilə bağlı şərtlər razılaşdırılıb

"Milan" klubunun Çin şirkətinə satılması ilə bağlı şərtlər razılaşdırılıb
13:42 18 Fevral 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Çinin "Sino-Europe Sports" konsorsiumu İtaliyanın "Milan" futbol klubunun əldə olunması şərtlərini razılaşdırıb. 
"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, çinlilər klubun səhmlərinin 99,9 faizini satın almaq niyyətindədir.
Daha əvvəl sövdələşmə məbləğinin 320 milyon avro təşkil edəcəyi bildirilirdi.
Qeyd edək ki, hazırda "Milan" A Seriyasında 24 oyundan 41 xalla 7-ci pillədə qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/milan-klubunun-cin-sirketine-satilmasi-ile-bagli-sertler-razilasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR