Sarayda "Muğam və mənəviyyat" gecəsi keçiriləcək

Sarayda "Muğam və mənəviyyat" gecəsi keçiriləcək
13:57 18 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Martın 21-də Heydər Əliyev Sarayında "Muğam və mənəviyyat" adlı ədəbi-bədii kompozisiya gecəsi keçiriləcək.

Milli.Az xəbər verir ki, gecədə xalq artisti Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudi iştirak edəcəklər. Muğam sevənlərə muğam və təsniflərimiz təqdim olunacaq.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Biletlərin qiyməti 20-80 manat təşkil edir. Biletləri iticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/518868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR