Böyük britaniyalı gimnast: "Dünya Kubokunda fenomenal mühit var" - FOTO

Böyük britaniyalı gimnast: "Dünya Kubokunda fenomenal mühit var" - FOTO
14:32 18 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda fenomenal mühit var.

Milli.Az bildirir ki, bu sözləri Trend-ə britaniyalı tamblinqçi Lüsi Kolbek deyib.

O qeyd edib ki, öz çıxışından razı qalıb: "Hər iki cəhdlərim cüzi düzəlişlər olmaqla uğurlu alınıb. Mən başlanğıc həyəcanının öhdəsindən gələ bildim və məmnunam ki, təsnifatı lider olaraq keçdim".

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında fenomenal mühit var: "İşıqlandırma çox gözəldir, çox baxımlı görünür. Onu deyim ki, bu, iştirak etdiyim ən yaxşı yarışdır. Hər şey əladır".

Gimnast onu da əlavə edib ki, o finalda daha yaxşı çıxış edərək medal qazanmağa çalışacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR