Prezident İlham Əliyev Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
14:42 18 Fevral 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirdi. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışdı, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu dedi.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR