Azarkeş: "Gimnastlarımızın yarışlarda yüksək nəticələr göstərəcəyinə inanırıq"

Azarkeş: "Gimnastlarımızın yarışlarda yüksək nəticələr göstərəcəyinə inanırıq"
14:57 18 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Ölkəmizdə gimnastika üzrə bu cür böyük, dünya səviyyəli yarışların keçirilməsi bizi çox sevindir".

Bunu Trend-ə gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Nəsimi Sadıqov deyib.

N.Sadıqov Azərbaycanda gimnastikanın inkişafını yüksək qiymətləndirdiyini deyib:

"Bu gün Milli Gimnastika Arenasına bu qədər insanın gəlib yarışları izləməsi vətəndaşlarımızın gimnastikaya olan marağını göstərir".

N.Sadıqov gimnastlarımızın yarışlarda yüksək nəticələr göstərəcəyinə inandığını bildirib:

"Yarışların gedişindən görünür ki, gimnastlarımız yüksək nəticələr əldə edəcəklər. Ölkəmizdə belə yaxşı gimnastların olması gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Bütün bunları görəndə bir vətəndaş kimi çox sevinirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR