Ailəsinin 3 üzvünü güllələyib, özü intihar etdi

Ailəsinin 3 üzvünü güllələyib, özü intihar etdi
07:49 7 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Corciya ştatında 21 yaşlı gənc 12 yaşlı bacısı daxil olmaqla ailəsinin 3 üzvünü güllələyib, sonra isə intihar edib.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Poldinq dairəsində yaşayış evində baş verib. “Atlanta Journal-Constitution” qəzetinin məlumatına görə, 21 yaşlı   Feliks Almonte yerli polisdə çavuş rütbəsində xidmət edən ögey atası Sem Driskelin tapançasını ələ keçirərək onu, anasını və 12 yaşlı bacısını qətlə yetirib, sonra isə özünə atəş açaraq  intihar edib.

 

Sem Driskelin işə çıxmadığını görən həmkarları məsələyə aydınlıq gətirmək üçün evinə gəliblər və burada 4 cəsəd aşkarlayıblar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR