"Roma" üçün ciddi itki

"Roma" üçün ciddi itki
15:12 18 Fevral 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Roma" klubu ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "canavarlar"ın aparıcı futbolçusu Alessandro Florenzi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Sol dizinin ön çarpaz bağları qopduğuna görə 4 aydır oynaya bilməyən futbolçunun yaxın günlərdə məşqlərə başlayacağı gözlənilsə də, bu, baş tutmayacaq. 25 yaşlı futbolçu ötən həftə fərdi məşq edən zaman köhnə zədəsini yenidən bərpa edib. Onun bu zədəyə görə daha 8 ay oynaya bilməyəcəyi bəlli olub. 

İtaliya millisinin üzvü cari mövsümdə "Roma"nın heyətində 13 oyun keçirib və 1 qol vurmağı bacarıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR