"Ölsə də biz onun meyidinə səs verməliyik"

"Ölsə də biz onun meyidinə səs verməliyik"
15:17 18 Fevral 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabenin arvadı deyib ki, dövlət başçısı hətta ölsə belə, gələn il keçiriləcək seçkilərdə "meyit kimi" iştirak etməlidir. Qreys Muqabe hakim Zanu-PF partiyasının bəzi vəzifəli rəsmilərini ərinə qarşı qəsd hazırlamaqda ittiham edib və deyib ki, əri vəfat etsə belə, tərəfdarları onun adını seçki bülletenlərinıə yazaraq qutuya salmalıdırlar.

"Əgər Allah onu aparmaq qərarına gəlsə, onda biz bir meyit olaraq onun arxasında durmalıyıq", - birinci ledi Buhera şəhərində keçirilən çoxminlik mitinqdə deyib.

Qərb mediası yazır ki, gələn həftə 93 yaşına qədəm qoyacaq prezident son günlər ictimaiyyət qarşısında az-az görünür və əvəzində onun 51 yaşlı arvadı xeyli fəallaşıb. Muqabe 1980-ci ildə müharibə başa çatandan bəri Zimbabveyə prezidentlik edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Qreys Muqabe ərinin hələ partizan müharibəsi zamanından qalan bəzi silahdaşlarına xəbərdarlıq edib ki, prezidentlik üçün onlar da çox qocadırlar. Xanım Muqabe deyib ki, əri getsə, onlar da getməlidirlər. "Sonra biz hakimiyyəti ələ alacağıq, çünki həmin partizan müharibəsində olmamışıq", - Muqabenin arvadı deyib.

Prezidentin özünə gəldikdə isə, o, xalqa hələ 100 yaşınadək yaşayacağını vəd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR