Prezident seçkilərinə namizəd kimi cəsəd çıxarıla bilər - FOTO

Prezident seçkilərinə namizəd kimi cəsəd çıxarıla bilər - FOTO
15:23 18 Fevral 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

“Robert Muqabe hətta prezident seçkilərinə qədər yaşamasa belə, o seçkilərdə qalib gələcək”.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabenin arvadı Qreys Muqabe deyib.

“Əgər Allah onu aparmaq qərarına gəlsə belə biz seçkilərə namizəd kimi onun cəsədini çıxaracağıq. Siz görəcəksiniz ki, insanlar Muqabenin cəsədinə necə səs verəcəklər”, - deyə ölkənin birinci xanımı Buhera şəhərində keçirilən mitinqdə deyib.

Qeyd edək ki, Robert Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir. Məhz həmin vaxt Zimbabve Böyük Britaniyadan müstəqillik əldə edib.

Ömər




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR