"Bir daha "Barselona"nı çalışdırmayacam" - Qvardiola

"Bir daha "Barselona"nı çalışdırmayacam" -   Qvardiola
15:57 18 Fevral 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə 0:4 hesabı ilə yenilən "Barselona"nın baş məşqçisi Luis Enrikenin kreslosu laxlayıb. Artıq Kataloniya klubunun baş məşqçi postuna bəzi namizədlərin adı çəkilir ki, onlardan biri də Pep Qvardioladı.


Fanat.Az xəbər verir ki, hazırda "Mançester Siti"yə başçılıq edən ispaniyalı mütəxəssis haqqıda yayılan xəbərlərə münasibət bildirib. "Barselona"nın baş məşqçisi kimi bir çox uğurlara imza atmış Qvardiola bu xəbərləri  təkzib edib.


"Barselona" ağır məğlubiyyət aldı. Bunu daha öncə mən də yaşamışam və futbolda belə şeylər ola bilir. Qarşıda daha bir 90 dəqiqə var. Ümidsizliyə qapılmaq olmaz. Məncə, "Barselona" hələ də dünyanın ən yaxşı komandasıdı. Amma mənim ordakı zamanım bitdi. Bir daha "Barselona"nı çalışdırmayacam" deyə Qvardiola bildirib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbir-daha-quotbarselonaquotn-caldrmayacamquot-t56356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR