Azarkeş: "Dünya səviyyəli yarışlar Azərbaycanın nüfuzunu artırır" - FOTO

Azarkeş: "Dünya səviyyəli yarışlar Azərbaycanın nüfuzunu artırır" - FOTO
16:17 18 Fevral 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Biz Milli Gimnastika Arenasında hər dəfə keçirilən yarışları ailəlikcə izləyirik və ölkəmizdə gimnastikanın sürətlə inkişaf etdiyinin şahidi oluruq".

Bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Afaq Qurbanova deyib.

A.Qurbanova bildirib ki, Azərbaycanda gimnastiaka sürətlə inkişaf edir:

"Milli Gimnastika Arenası yüksək səviyyədədir. Bizim uşaqlarımız da gimnastika ilə məşğul olurlar. Belə yarışların keçirilməsi həm uşaqlarımızı həvəsləndirir, həm də onlar təcrübə qazanırlar. Bu yarışlar xalqımızın gələcəyinə - uşaqlarımızın sağlam böyüməsinə xidmət edir".

A.Qurbanova əlavə edib ki, belə dünya səviyyəli yarışlar həm də ölkəmizin nüfuzunu artırır, ölkəmizi dünyada təbliğ edir:

"Çox istərdik ki, belə yarışlar ölkəmizdə daha tez-tez keçirilsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR