Elmar Məmmədyarov Rusiyaya gedəcək

Elmar Məmmədyarov Rusiyaya gedəcək
16:23 18 Fevral 2017
143 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya qarşıdakı səfərinə hazırlığın gedişatı müzakirə edilib.

“Görüşün gedişatında ikitərəfli gündəliyin aktual məsələləri, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya qarşıdakı rəsmi səfərinə hazırlığın gedişi və bu il aprelin 4-də Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd olunmasına hazırlıq müzakirə olunub”, - xəbərdə deyilir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR