"Yalnız ona yox, hamıya çətindi" - AÇIQLAMA

"Yalnız ona yox, hamıya çətindi"  - AÇIQLAMA
16:27 18 Fevral 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola daha çox ehtiyatda saxladığı Serxio Aqueronun durumuna şərh verib. Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı son vaxtlar meydandakı yerini Qabriel Jesusa buraxan Aqueroya əvəzləyici gözüylə baxdığını gizlətməyib:


“Tək ona yox, ehtiyatda qalan bütün futbolçulara çətindi. Mənim üçün bütün futbolçular eynidi. Aquero “Suonsi Siti”ylə matçda zədələnən Jezusu əvəzlədi, “Bornmut”la oyunda qol vuraraq, qələbədə pay sahibi oldu. Lazım gələndə xidmətindən istifadə edəcəyik. İki belə hücumçumuzun olması yaxşı haldı. İndiki rəqabətlə daha güclüyük”.

Qeyd edək ki, Jezus ciddi zədə alıb. İlkin müayinələrə görə argentinalını heyətdən sıxışdıran forvard 2-3 ay oynamayacaq.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyalnz-ona-yox-hamya-ctindiquot-t56357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR