NATO-nun 15 ölkəsi Rusiyaya qarşı – MÜHARİBƏ HAZIRLIĞI

NATO-nun 15 ölkəsi Rusiyaya qarşı – MÜHARİBƏ HAZIRLIĞI
16:33 18 Fevral 2017
449 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Atlantik İttifaqının (NATO) 28 ölkəsindən 15-i Polşa və Baltikyanı ölkələrdə inkişaf etdirilən NATO-nun dörd döyüş qrupunda iştirak edirlər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Şərqi Avropada hazırda NATO-nun dörd döyüş qrupu inkişaf etdirilir. Bu qruplarda NATO-nun 28 ölkəsindən 15-i iştirak edir”, - deyə o bildirib.

Qeyd edək ki, Polşada və üç Baltikyanı ölkədə çoxmillətli batalyonların yerləşdirilməsi qərarı 2016-cı ilin iyulunda hərbi alyansın Varşava sammitində qəbul edilib. İttifaqın baş katibi daha əvvəl bildirib ki, bu ölkələrdə dörd döyüş qrupunun genişləndirilməsi 2017-ci ilin iyununda başa çatacaq.

Moskva isə NATO güclərinin şərqə doğru genişlənməsini Rusiyanın milli təhlükəsizliyi üçün təhdid hesab edir. Bu, həmçinin NATO-nun Rusiya ilə müharibəyə hazırlığı kimi qiymətləndirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR