"İlham Əliyev dünyada barışdırıcı missiya həyata keçirir" - Ekspert

"İlham Əliyev dünyada barışdırıcı missiya həyata keçirir" - Ekspert
16:39 18 Fevral 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

 

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun və ABŞ-ın Baş Qərargah rəisi general Cozef Danfordun Bakıda görüş keçirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu  siyasətinin dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməsinin sübutudur”.

 

Bu sözləri ASGA Rusiya nümayəndəliyinin rəhbəri Diaspora üzrə ekspert Toğrul Allahverdili Lent.az -a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, Azərbaycan Rusiya və ABŞ la qarşılıqlı  dostluq və faydalı əməkdaşlıq əlaqələrini genişləndirib. O bildirib ki, görüş Azərbaycanın  nüfuzlu və sabit ölkə olmasının, dünyada böyük hörmətlə yanaşılmasının, Azərbaycan və Prezident İlham Əliyevə etimad göstərilməsinin bariz sübutudur: “Azərbaycan iki il BMT Təhlükəsizlik Şurasının üzvü olub və illik fəaliyyət zamanı  öz missiyasını uğurla yerinə yetirib. Azərbaycan  regional qarşıdurmaların aradan qaldırılmasında fəal rol oynayır. İlham Əliyev dünyada barışdırıcı missiya həyata keçirir. Cənab prezidentin başçılığı ilə Azərbaycan dünyanın güc və beyin mərkəzləri ilə balanslı siyasət həyata keçirir,  NATO, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regionda maraqlarının uzlaşmasına  dəstək verir. Azərbaycanın balanslı uğurlu  xarici siyasəti, dövlətimizdə  mövcud olan sabitlik, təhlükəsizlik və inkişaf  belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib”.

 

T.Allahverdili deyib ki, görüşün Azərbaycanda keçirilməsində ölkəmizdə olan ictimai-siyasi sabitlik, Rusiya və ABŞ ilə qarşılıqlı əməkdaşlığımız, Azərbaycanın güclü mövqeyi, Dünya Azərbaycanlılarının lideri İlham Əliyevin  siyasi iradəsi və müstəqil siyasi kursu xüsusi əhəmiyyət daşıyır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR