Runi "Mançester Yunayted"dən gedir?

Runi "Mançester Yunayted"dən gedir?
16:42 18 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in kapitanı Ueyn Runi karyerasını Çində davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bu ölkədən sərfəli təklif alıb.

Belə ki, Çinin adı açıqlanmayan bir klubunun Runiyə illik 32 milyon funt-sterlinq maaş təklif etdiyi bildirilib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo da bu keçidin əleyhinə deyil. Çində "transfer pəncərəsi" hələ də açıq olduğundan Runi hər an bu ölkəyə yollana bilər.
 
Qeyd edək ki, Ueyn Runinin "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR