Salyanda üç yaşlı qız süd qazanına düşərək yanıb

Salyanda üç yaşlı qız süd qazanına düşərək yanıb
16:47 18 Fevral 2017
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 18 fevral. REPORT.AZ / Salyan rayonunda üç yaşlı qız yanıb. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1-də qeydə alınıb. 
Belə ki, həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-uc-yasli-qiz-sud-qazanina-duserek-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR