Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
16:57 18 Fevral 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.
Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün yüklərin boşaldılmayacağına aydınlıq gətirməyib.
Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-simali-koreyadan-komur-idxalini-dayandiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR