Elmar Məmmədyarov Münxendə rumıniyalı həmkarı ilə görüşdü

Elmar Məmmədyarov Münxendə rumıniyalı həmkarı ilə görüşdü
16:57 18 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu ilə görüşüb.
 
Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olundu. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.
 
Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov bu layihələrin Rumıniya üçün faydalı ola biləcəyini söylədi.
 
Daha sonra nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR