Fırtına Kaliforniyada insanları evsiz-eşiksiz qoydu - FOTO/VİDEİ

Fırtına Kaliforniyada insanları evsiz-eşiksiz qoydu - FOTO/VİDEİ
17:18 18 Fevral 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın qərbində yerləşən Kaliforniyada ötən gün başlanan fırtına səbəbindən iki nəfər həyatını itirib, yüzlərlə insan evakuasiya edilib.

Publika.az xəbər verir ki, güclü fırtına səbəbindən 250-dən çox təyyarə reysi təxirə salınıb. Həmçinin bölgədə bir çox avtomobil yolları da bağlanıb, dəmiryolu səfərləri təxirə salınıb.

Ştatın Şerman Oaks bölgəsində yerdə yaranan dəliyə iki avtomobil düşüb. Onlardan birinin sürücüsü özü xilas olsa da, digərini xilas etmək üçün əlavə qüvvə cəlb edilib. Yüzlərlə insan isə təhlükəsizlik səbəbindən evlərindən evakuasiya edilib.

Fırtınanın sabah da davam edəcəyi bildirilir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR