Jurnalist mərci uduzdu, qəzet yedi - FOTO/VİDEO

Jurnalist mərci uduzdu, qəzet yedi - FOTO/VİDEO
17:23 18 Fevral 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Belorusiyalı idman jurnalisti qəzet yeyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistin qəzet yeməsinin səbəbi mərcdə uduzmağıdır.

Belə ki, ölkənin ən böyük idman qəzetlərindən “Pressball”un yazarı Viaseçlav Fedorenkov Belorusun “Dinamo Minsk klubunun Kontinental Xokkey Liqasında “play-off”a qala bilməyəcəyini iddia edib. Əgər qalarsa da, qəzeti yeyəcəyini deyib.

Ancaq komanda uğurlu nəticə göstərib. V.Fedorenkov elə arenada jurnalistlərin gözü qarşısında supla birlikdə işlədiyi qəzetin səhifələrini də yeyib.

Supu yeyərkən qəzetin səhifələrinin ancaq yarısını yeyən Fedorenkov komandası üçün hər şeyi edəcəyini deyib. Amma bundan sonra heç kimə belə bir mərc etməməyi də tövsiyə edib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/188350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR