Azarkeş: "Gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib"

Azarkeş: "Gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib"
17:42 18 Fevral 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda gimnastikanın inkişafı bizi çox sevindirir. Hər dəfə həvəslə yarışlara baxmağa gəlirik".

Bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Esmira Əsədova deyib.

O bildirib ki, Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir:

"Gimnastika Azərbaycanda qısa müddət ərzində böyük inkişaf yolu keçib və populyarlıq qazanıb. Gimnastika hər şeydən öncə sağlam həyat tərzidir, uşaqlarımızın sağlam böyüməsinə xidmət edir".

E.Əsədova Milli Gimnastika Arenasının möhtəşəm olduğunu deyib:

"Əvəllər idmançılarımız üçün belə şərait yox idi, bu cür beynəlxalq yarışlar keçirmək mümkün deyildi, ancaq indi ölkəmiz beynəlxalq idman yarışlarına tez-tez ev sahibliyi edir, bizi dünyada daha yaxşı tanıyırlar. Bütün bunlar bizi çox sevindirir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR