"ATƏT-in İrəvan ofisinin mandatına zidd fəaliyyətindən Azərbaycan narahatdır"

"ATƏT-in İrəvan ofisinin mandatına zidd fəaliyyətindən Azərbaycan narahatdır"
17:52 18 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts və ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdırıblar.

Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.

Görüşdə ATƏT-in İrəvan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olunub. Nazir E.Məmmədyarov ATƏT-in İrəvan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin nəzərinə çatdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR