11 yaşlı uşaq pişiklərə yem verərkən şəhid oldu

11 yaşlı uşaq pişiklərə yem verərkən şəhid oldu
17:53 18 Fevral 2017
272 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə Türkiyədə baş verən partlayış nəticəsində ölən Əhməd Oktayın həmin vaxt pişiklərə yemək vermək üçün evdən çıxdığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə onun atası məlumat verib. Ədliyyədə zabit katibi işləyən Mustafa Günak oğlunun bir aydır hər axşam həmin saatlarda pişiklərə yem verdiyini deyib.

“Oğlum dünən gecə də pişiklərə yemək vermək üçün evdən çıxdı. O, çıxan kimi də hadisə baş verib. Tez çölə çıxdıq və oğlumun şəhid olduğunu gördüm.Təki vətənimiz sağ olsun”, 11 yaşlı Əhmədin atası deyib.

Qeyd edək ki, Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə ötən gecə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb, onlarla insan güclü partlayış səbəbindən eşitmə qabiliyyətini itirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR