Böyük Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Böyük Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
18:05 18 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik konfransı çərçivəsində Böyük Britaniya Parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.
 
Azərbaycan XİN-dən Milli.Az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olundu, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
 
Nazir Elmar Məmmədyarov enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirdi. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyasli enerji layihələri -  Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri haqqında danışdı, onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd etdi.

Alan Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.  

Nazir Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verdi.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olundu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR