Millimizin üzvü "Bursaspor"dan qovuldu - RƏSMİ

Millimizin üzvü "Bursaspor"dan qovuldu -   RƏSMİ
18:27 18 Fevral 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin üzvü Dəniz Yılmaz "Bursaspor"dan qovulub. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yvyıb.


Məlumatda bildirilir ki, Sərcan Yıldırım və Dəniz Yılmaz klubun İdarə Heyəti və baş məşqçi Mutlu Topçunun qərarı ilə heyətdən kənanlaşdırılıb. Həmçinin qeyd olunub ki, hər iki futbolçuya pul cəzası da kəsiləcək.


"Bu ana qədər sərgilədikləri performansları səbəbi ilə gələcək planlarımız içində yer alması mümkün görünməyən bəzi oyunçularımızla bağlı da dəyərləndirmələrimiz davam edir" deyə klubun açıqlamasında bildirilir.


Qeyd edək ki, Türkiyə Super Liqasının XXI turunda dünən səfərdə “Kayserispor”la keçirilən oyunun 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayan Dəniz Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin qarşılaşma “Bursaspor”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azarkeşlər isə Dəniz Yılmazın komandadan qovulmasını tələb edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-quotbursasporquotdan-qovuldu-t56363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR