Argentina və Tayvanda güclü zəlzələ

Argentina və Tayvanda güclü zəlzələ
18:33 18 Fevral 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinanın şimal-qərbində 6,3 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların episentri San-Salvador-de-Jujuj şəhəri yaxınlığında 200,6 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Tayvan adasında da zəlzələ olub. Tayvan Mərkəzi Meteoroloji Bürosunun verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20.27-də qeydə alınıb. Ada sahillərindən şərqə doğru 4,4 bal gücündəki zəlzələ Taydun mahalından cənub-şərqdə 33,2 kilomter dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR