"Qəbələ"nin yubiley arzusu - matça doğru

"Qəbələ"nin yubiley arzusu  - matça doğru
18:37 18 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Sabah öz meydanında “Qarabağ”ı qəbul edəcək “Qəbələ”  “doğma divarlar” arasında uduzmayıb. Fanat.Az xəbər verir ki, mövsümdə yeganə məğlubiyyətini 13-cü turda Suraxanıda ağdamlılardan alan “qırmızı-qaralar” zəfərə köklənib.


Qurban Qurbanovun lider komandasından 3 xal geri qalan qəbələliləri heç-heçə belə qane etmir. Bu, tərəflərin 41-ci duelidi. Cari “futbol ili”ndə çempionluq uğrunda döyüşən komandalar 34 çempionat, 6 kubok matçında üz-üzə gəlib.

“Qəbələ” 9, “Qarabağ” 16 görüşdə qələbəyə sevinibsə, 15 oyunda qalib müəyyənləşməyib. Qəbələ təmsilçisi “köhlən atlar” üzərində 10-cu zəfərini - yubiley qələbəsini qazanmaq üçün alışıb yanır.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-yubiley-arzusu-t56365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR