Belçikada qatarın relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Belçikada qatarın relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb
18:57 18 Fevral 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Belçikada qatarın relsdən çıxması nəticəsində 20 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Məlumatda bildirilir ki, insident yerli vaxtla saat 13:34-də, ölkənin mərkəzi hissəsində baş verib. Agentliyin məlumatında bildirilir ki, xəsarət alanların vəziyyəti hələlik məlum deyil.
"Reuters" agentliyi isə qəza zamanı 1 nəfərin ölməsi barədə xəbər verib. Agentliyin məlumatına görə, hadisə zamanı xəsarət almış 2 nəfərin vəziyyəti ağırdır. 
Qəza ilə əlaqədar dəmiryolunda müxtəlif istiqamətlər üzrə hərəkət dayandırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcikada-qatar-relsden-cixib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR