Türkiyəli müğənni Rafet El Roman fevralın 14-də Bakının qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, paytaxtımızda uzunmüddətli yaşamaq istəyir:
"Həyatımın 5 ilini Bakıda yaşamaq, fəaliyyət göstərmək istəyərəm. Bəlkə də ailəmlə birlikdə burada yaşayaram. Bakını vətənim kimi sevirəm. Burada sevdiyim dostlarım, xatirələrim var. Burada özümü heç əcnəbi kimi hiss etmirəm. Bakı mənim doğma vətənim kimidir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində