19 nəfər yol qəzasının qurbanı oldu

19 nəfər yol qəzasının qurbanı oldu
19:05 18 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinanın qərbində baş vermiş yol qəzasında 19 nəfər həyatını itirib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Clarin" portalı xəbər verib.

Məlumata görə, hadisə Mendosa vilayətində baş verib. Hadisə zamanı daha 21 nəfər xəsarət alıb. Qəzaya uğramış avtobusun "TurBus" şirkətinə məxsus olduğu bildirilir.

Şirkət sərnişinlərdən 32-nin Argentina, 4-nün Çili, 1-nin Kolumbiya və Haiti vətəndaşı olması barədə məlumat yayıb. Avtobusda həmçinin azı 3 uşaq olub.

Portal qəza zamanı 16 nəfərin hadisə yerində, daha 3 nəfərin xəstəxanada öldüyünü xəbər verib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR