"Ailədə sevgi və hörməti necə bərpa edə bilərəm?"

"Ailədə sevgi və hörməti necə bərpa edə bilərəm?"
19:17 18 Fevral 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk növbədə ərinizlə mübahisələrdən çəkinin, ərinizə itaəti artırın, ərin hər sözünə etiraz etməyin. Həmçinin, yoldaşınız evdə olmayanda Qurani-Kərimdən ayələri, xüsusən də Bəqərə surəsini səsləndirin. Çünki, mübahisə şeytandandır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Evlərinizi qəbiristanlığa çevirməyin! Şübhəsiz ki, şeytan "əl-Bəqərə" surəsi oxunan evdən qaçar". (Muslim, 1860). Səhər axşam zikrlərini edin.

Milli.Az zikr.az-a istinadən bildirir ki, qarşılıqlı sevgini artırmaq üçün ərinizə salam verməyi çoxaldın, onunla gülərüzlə davranın, bayırdan evə girdikdə onu gözəl qarşılayın. Kişi də evə gələndə artıq hiss edəcək ki, evdə onu mübahisə gözləmir. Ərinizə itaət etməyiniz sizin alçalmağınız deyildir. Ərə olan itaət sizə savab qazandırır. Belə etdikdə, Uca Allahın izni ilə münasibətləriniz yaxşılaşar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR