Sərnişin avtobusu qəzaya uğradı - 19 ölü

Sərnişin avtobusu qəzaya uğradı - 19 ölü
19:43 18 Fevral 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinanın qərbində baş vermiş yol qəzasında 19 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, hadisə Mendosa vilayətində baş verib. Hadisə zamanı daha 21 nəfər xəsarət alıb. Qəzaya uğramış avtobusun "TurBus" şirkətinə məxsus olduğu bildirilir.

Şirkət sərnişinlərdən 32-nin Argentina, 4-nün Çili, 1-nin Kolumbiya və Haiti vətəndaşı olması barədə məlumat yayıb. Avtobusda həmçinin azı 3 uşaq olub.

Portal isə qəza zamanı 16 nəfərin hadisə yerində, daha 3 nəfərin xəstəxanada öldüyünü xəbər verib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR