Namaz əsnasında söyüş eşidən nə etməlidir?

Namaz əsnasında söyüş eşidən nə etməlidir?
19:47 18 Fevral 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Belə bir hal baş verdikdə, bu sözlərə əhəmiyyət vermədən namazı davam etmək və namazda deyilən sözlər barəsində fikirləşmək lazımdır. Namazdan kənar vaxtlarda baş verən belə hallarda isə, bacarırsınızsa həmin söyüş söyən adamı gözəl şəkildə bu əməlindən çəkindirin. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Milli.Az zikr.az-a istinadən bildirir ki, əgər bu mümkün olmasa onda həmin yeri tərk edin. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən bir kimsə münkər (pis, günah) iş görərsə, bacarırsa onu əli ilə dəf etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəf etsin ki, bu da imanın ən əşağı - və ya ən zəif - dərəcəsidir". (Muslim, 49). İslam alimləri demişlər ki, qəlb ilə dəf etmək həmin günah olan yeri tərk etməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR