“Meydanda futboldan çox güləş gedirdi” – Zaur Svanadze

“Meydanda futboldan çox güləş gedirdi” – Zaur Svanadze
20:05 18 Fevral 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Ağır oyun idi. Çünki hər iki komanda eyni taktika ilə oynayırdı. Belə olan halda isə matç demək olar ki, hər futbolçunun təkbətək mübarizəsinə çevrilir". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan Premyer Liqasının XIX turunda doğma meydanda "Zirə" ilə qarşılaşan paytaxt klubu oyundan 1:1 hesablı bərabərliklə ayırlıb.
 
Gürcü çalışdırıcı görüş haqqında fikirlərini bölüşüb: "Meydanda futboldan çox güləş gedirdi. Təəssüf ki, istədiyimiz kimi oynamaq alınmadı. İndi çalışacağıq ki, "Qarabağ"a qarşı keyfiyyətlə oyun göstərək. Yaxşı hazırlaşmalı və öz oyunumuzu göstərməliyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR