Muaviyə Hind və Əbu Sufyanın oğlu olubmu?

Muaviyə Hind və Əbu Sufyanın oğlu olubmu?
20:12 18 Fevral 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Muaviyə Hind və Əbu Sufyanın oğlu olub. Muaviyənin bacısı, Hind və Əbu Sufyanın qızları Ramlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi olmamışdan qabaq onun əri Ubeydullah ibn Cəhş idi. Onlar ikisi İslamı qəbul etmiş və Həbəşistana hicrət etmişdilər, lakin Ubeydullah ibn Cəhş Həbəşistanda Xristianlığı qəbul etmiş və Ramlədən ayrılmışdı. Həbəşistana hicrət edənlər Ramlə ilə birlikdə Mədinəyə qayıtdıqdan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ramlə ilə evlənmişdir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, bu evliliyə Əbu Sufyanın razılığı lazım deyildi, çünki Əbu Sufyan hələ müsəlman deyildi. Şəriət qaydasına görə isə ata müsəlman deyilsə, qadının vəlisi rəhbər, məscid imamı və ya həmin ərazidə yaşayan ağsaqqal olur. Ramlə bint Əbu Sufyan Ummu Həbibə (Allah ondan razı olsun) adı ilə də tanınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR