Türk hərbçilərə Rusiyaya səfər etməyə icazə veriləcək

Türk hərbçilərə Rusiyaya səfər etməyə icazə veriləcək
20:14 18 Fevral 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı yaxın zamanda türk hərbçilərin Rusiyaya səfərlərinə qoyulan qadağanı ləğv etmək niyyətindədir.  

 

Bu barədə APA “Anadolu”ya istinadən xəbər verir.

 

Xatırladaq ki, qadağa 2015-ci ilin noyabrından, Türkiyə Hərbi-Hava Qüvvələrinin Rusiyaya məxsus SU-24 təyyarəsini vurmasından sonra  tətbiq edilib.   

 

Türkiyə Silahlı Qüvvələrinin normativ sənədlərinə əsasən, hərbçilərin xarici ölkələrə planlaşdırılmış səfərlərinin müddəti il ərzində 30 gündən çox olmamalıdır. Bundan başqa, türk hərbçilər xarici ölkələrə ixtisas artırmaq və seminarlarda iştirak etmək üçün səfər edə bilərlər.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR