Boyundakı öpüş izini aparan SADƏ ÜSUL

Boyundakı öpüş izini aparan  SADƏ ÜSUL
20:22 18 Fevral 2017
841 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ehtiraslı öpüşdən sonra dəridə yaranan qızartı və ya tünd bənövşəyi ləkə ("zasos") sevgi işarəsi kimi qəbul edilir. Lakin bu formada insanlar arasına çıxmaq çox zaman mümkün olmur.

Milli.Az lent.az-a istinadən öpüş izlərindən xilas olmağın bir neçə sadə üsulu ilə cütlükləri tanış edir.

Soyuq qaşıq
 
Öpüş izindən tez bir zamanda xilas olmaq istəyirsinizsə, həmin yerə soyuducuda 15 dəqiqə saxladığınız soyuq qaşığı qoyun. Qaşıq isinənədək izin üstünə basıb saxlayın.
 
Banan  
 
Bananda olan kaempferol və kuerset maddələri hüceyrələri qoruyur, iltihabı azaldır və qan dövranını artırır. Öpüş izindən xilas olmaq üçün banan qabığının iç hissəsini qızartının üzərinə qoyub 15 dəqiqə saxlayın.
 
Diş fırçası
 

Qızartı yaranmasının səbəbi həmin bölgəyə qan toplanmasıdır. İz qalan yerdə qan dövranını sürətləndirmək üçün oranı yeri diş fırçasıyla fırçalamaq işinizə yaraya bilər.
 
Qəpik üsulu
 
Qəpikləri bir neçə dəqiqə soyuducuda saxladıqdan sonra dərinin üstünə qoyun. Bəziləri bu üsulun çox ağrılı olduğunu söyləyir. Odur ki, diqqətli olmalısınız.
 
Diş məcunu
 
Diş məcununun sərinləşdirici təsiri dərinin altında qanı hərəkətə gətirir. Bu, iltihab və qırmızılığı aradan qaldırmağa kömək ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR