Belçikada qatar relsdən çıxıb, 1 ölü, 20 yaralı - FOTO

Belçikada qatar relsdən çıxıb, 1 ölü, 20 yaralı - FOTO
20:27 18 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikada sərnişin qatarının relsdən çıxması nəticəsində azı bir nəfər ölüb, beşi ağır olmaqla, 20 nəfər yaralanıb.

Belçikanın mərkəzi hissəsindəki Leuven vağzalından yola düşərkən relsdən çıxan qatarın iki vaqonu aşıb. Hadisə səbəbindən müxtəlif istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Ölkənin Baş naziri Şarl Mişel hadisə yerinə gəlib.

Brüssel istiqamətdə hərəkət edən qatarda qəza zamanı 100 sərnişinin olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR