Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB

Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
20:37 18 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dizellə işləyən avtomobillərin sayı sürətlə artır. Dövlət Statistika Komitəsinin açıqladğı rəqəmə görə, ötən il Azərbaycanda istehlak edilən yanacaq məhsullarının 26,3 faizi dizelin payına düşüb. Bu isə 2015-ci illə müqayisədə 10 % faiz çoxdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,mütəxəssislər bu artımın əsas səbəbinin dizelin qiymətinin ucuz olması ilə əlaqədar olduğunu bildirirlər.

Hazırda dizelin 1 litri 60 qəpiyə satıldığı halda, ən ucuz benzinin 1 litri 70 qəpikdən satılır. Bundan başqa, dizel mühərrikli maşınların yanacağ sərfiyyatı da az olur. Amma bu mühərriklərin özünəməxsus problemləri var.

Xüsusilə də yeni nəsil dizellə işləyən avtomobillər Azərbaycanda işlədiləndə mühərikində səs artır və bir çox halda yenidən təmir edilir. Digər tərəfdən, ölkədə dizel mühərriklərin təmiri ilə məşğul olan ustalar da azdır.

Mühərrikindən güclü səs gəldiyi və tüstüsü çox olduğu üçün hazırda Azərbaycanda əsasən ahıl sürücülər dizel mühərriklərə üstünlük verirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR