16 yaşlı pakistanlı İnşa Əfsariz gənc yaşlarında artıq
dünyada yerləşən çoxlu qarlı yamacları fəth edib. Lakin onu
fərqləndirən yalnız bu deyil.
Publika.az xəbər verir ki, qızın bir ayağı yoxdur - o,
2005-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində ayağının birindən
məhrum olub. Uzun çəkən müalicədən sonra ABŞ-da ona süni ayaq
taxıblar.
Gənc qıza tam təsadüfi şəkildə dağ xizəkləri hədiyyə edildikdən
sonra, bu qeyri-adi həvəs (maraq) onu ağuşuna alıb.
Hazırda İnşa Əfsariz Pakistanın ən yaxşı xizəkçilərindən biridir.
O, 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Paralimpiya oyunlarında
öz ölkəsini təmsil edəcəyinə ümid edir.
“Mən öz həyatımı xizəksiz təsəvvür edə bilmirəm. Düşünürəm ki,
hətta mənim ailəm belə, arzularımı tam ciddiliklə anlamır. Ümid
edirəm ki, mənim nümunəm, kimlərəsə sübut edəcək ki, bütün maneələr
yalnız bizim başımızdadır və əgər istəsək, ilk öncə mümkünsüz kimi
görünən hər bir şeyə nail ola bilərik.”, - deyə o bildirib. (Islam
Today)