“Daha çox qol buraxmadığımıza sevinirəm” - Elxan Abdullayev

“Daha çox qol buraxmadığımıza sevinirəm” -   Elxan Abdullayev
20:47 18 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

“Bizi çətin oyun gözlədiyini bilirdik. “Kəpəz” bu matça yaxşı hazırlaşmışdı. Onlara xal daha çox lazım idi, nəinki bizə”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XIX turunda öz meydanında “Kəpəz”lə qarşılaşan bakılılar matçdan 0:0 hesablı bərabərliklə ayrılıblar.

 

Görüş başa çatdıqdan sonra çalışdırıcı oyun haqqında fikirlərini açıqlayıb: “Komanda yaxşı oynadı, sadəcə, qol vura bilmədi. Rəqibə 90 dəqiqə təzyiq etsək də, qələbə qazana bilmədik”.

 

- İkinci hissədə hücumçunu hücumçuyla əvəz etdiz. Bu nə ilə bağlı idi?

- Ruslan Abışovu məcburən əvəzlədik. O ki qaldı üçüncü dəyişikliyə, fikirləşdim ki, Barqası kimin əvızinə çıxarda bilərəm. O, cinahda oynayan oyunçu deyil. Müdafiəçiylə əvəzləməklə risk etmək istəmədim. Buna görə, məcburən onu Seqoviya ilə əvəzlədim. Hər iki oyunçu tam hazır deyil.

 

- Namiq Ələsgərovun və Rəhman Hacıyevin oyunundan razı qaldız?

- İlk hissədə alınmasa da, ikinci hissədə yaxşı oynadı. Fasilədə ona tapşırıqlar verdim. O ki qaldı Rəhmana, onun oyunundan razı qalmadım. Ehtiyatda oturmasının səbəbi isə ötən oyunda qalib gələn heyətə şans verməyim oldu. Qalib heyəti dəyişməzlər.

 

- Komandanın get-gedə az qol vurması sizi qayğılandırmır?

- Mən daha çox qol buraxmadığımıza görə sevinirəm. Düzdü, mən də istəyərəm ki, həmişə stadionda qol vurulandan sonra səslənən mahnını eşidim (gülür). Ancaq bu, həmişə mümkün olmur.

 

- Ruslan Abışovun vəziyyəti necədi?

- Onu oyundan sonra görməmişəm. (apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daha-cox-qol-buraxmadmza-sevinirm-t56369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR