Mercedes-dən təkmilləşdirilmiş GLA - FOTO

Mercedes-dən təkmilləşdirilmiş GLA - FOTO
20:57 18 Fevral 2017
151 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mercedes-Benz şirkəti krossover GLA-in restaylinq olunmuş versiyasını təqdim edib. Avtomobilin satışı 2017-ci ilin yayında başlayacaq, qiymətlər isə bir qədər sonra məlum olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, Mercedes-in model sırasında olan ən kiçik krossoverin xarici görünüşü cüzi dəyişib: yeni diodlu optika, duman əleyhinə faralar peyda olub, radiator barmaqlığı isə indi yeni struktura malikdir. Almanlar, həmçinin yeni rəng və təkər diski variantları təklif ediblər.

Salonda da bəzi dəyişikliklər edilib. Konsolda 8-düymlük ekranı olan, Android Auto-nu və Apple CarPlay-i dəstəkləyən təkmilləşdirilmiş media sistemi peyda olub. Həmçinin cihazlar paneli və konsolun bəzi düymələri dəyişib. Bundan əlavə, yeni işləmə variantları da var.

GLA əvvəlki kimi 1,6 (156 a.g.) və 2,0-litrlik (211 a.g.) turbo mühərriklərlə, o cümlədən 2,1-litrlik (136 a.g.) dizel mühərriklə təchiz ediləcək. Bundan əlavə, ən güclü AMG versiyası 2,0-litrlik, 360 a.g. verən benzin turbo mühərriklə təchiz edilir. Avtomobil qabaq və ya tam ötürücü, 7-pilləli robot sürət qutusu alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/507410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR