Ərin yalan danışması ailədə dava-dalaşa səbəb olur...

Ərin yalan danışması ailədə dava-dalaşa səbəb olur...
21:12 18 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Yalan danışmaq böyük günahlardan hesab olunur. Bu barədə Uca Rəbbimiz Qurani Kərimdə möminləri bu cür nöqsanlı sifətlərdən uzaq tutaraq onları belə tərif edir: "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz)". (əl Furqan, 72).
Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin, Allah doğru danışanların aqibətini belə vəsf edir: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!, (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar". (əl Əhzab, 70-71).
Amma qadın da öz növbəsində unutmamalıdır ki, islamda ərə itaət etmək qadın üçün vacib əməllərdəndir. Məhz elə bu səbəbdən də qadın səbrli, təmkinli olub, ərinə qarşı itaətkar, səmimi, mehriban və əxlaqlı davranmalıdır. Təbii ki, ərin qadın üzərində böyük haqları olduğu kimi qadının da əri üzərindəki haqları islamda danılmazdır. Əgər ailədə bu haqlar qarşılıqlı olarsa, o ailə mehriban, uzunömürlü olub, digərlərini də örnək olar. Bu cür məsələlərdə hər iki tərəfdən səbr və əzmkarlıq tələb olunur.
Allah belə buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 34).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR